“Everton” klubu Xedira ilə danışıqlara başladı

“Everton” klubu Xedira ilə danışıqlara başladı

İngiltərənin “Everton” klubu Sami Xediranın keçidi ilə bağlı danışıqlara başlayıb.

SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya “Yuventus”unun yarımmüdafiəçisini qış transfer dövründə heyətinə qatmaq istəyir.

33 yaşlı almaniyalı Liverpul təmsilçisində Karlo Ançelottinin rəhbərliyi altında oynamaq niyyətindədir. Onun Turin təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.

Qeyd edək ki, Xedira cari mövsümdə meydana çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə