İngiltərə Premyer Liqası koronavirus infeksiyası səbəbindən iki həftəlik dayandırıla bilər

İngiltərə Premyer Liqası koronavirus infeksiyası səbəbindən iki həftəlik dayandırıla bilər

İngiltərə Premyer Liqası rəhbərləri koronavirus infeksiyası səbəbindən yanvar ayında mövsümü iki həftə müddətində dayandırmağı müzakirə edirlər.

SİA-nın məlumatına görə, bu barədə "Daily Mail" qəzeti bildirib.

Bu qərar komandalarda aşkarlanan COVID-19-un yenidən yayılması ilə əlaqədar qəbul edilə bilər.

İngiltərə Kubokunun üçüncü turunun yanvar ayının əvvəlində keçiriləcək oyunların ləğv olunma ehtimalının olduğunu da qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə