Gürcüstanda ilin ən yaxşı futbolçusu müəyyənləşib - Onu Azərbaycanla nə bağlayır?
Gürcüstanda ilin ən yaxşı futbolçusu müəyyənləşib.
SİA xəbər verir ki, bu, "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliyadır. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu Gürcüstan Futbol Federasiyası tərəfindən mükafatlandırılıb.
2019-cu ilin yayından Gürcüstan millisinə dəvət alan futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 16 oyuna 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Xviça Azərbaycan millisi, "Kəpəz" və "Şəmkir"in sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB