"Tottenhem"in zədəli futbolçusu Qaret Beylin durumu ciddidir.
SİA xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo "Sky Sports"a açıqlamasında uelsli hücumçunun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib. O, ayaq əzələsindən zədə alan Beylin ağrıları olduğunu bildirib.
Qeyd edək ki, icarə əsasında "Tottenhem"də çıxış edən Beyl İngiltərə kubokunun 1/4 finalında “Stok Siti” ilə matçda (3:1) xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB