“Arsenal” səfərdə, “Mançester Yunayted” isə evdə qələbə qazanıb

“Arsenal” səfərdə, “Mançester Yunayted” isə evdə qələbə qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.

“Bernli” evdə “Şeffild Yunayted”i, “Arsenal” isə səfərdə “Brayton”u minimal hesabla üstələyib. “Lids” “Vest Bromviç”lə səfər oyununda 5 cavabsız qola sevinib. “Sauthempton” – “Vest Hem” görüşündə qapılara qol vurulmayıb.

“Mançester Yunayted” də doğma meydanda “Vulverhempton”la qarşılaşıb və son dəqiqə qolu ilə 3 xal qazanıb.

İngiltərə Premyer Liqası

16-cı tur

29 dekabr

Sauthempton – Vest Hem 0:0

Vest Bromviç – Lids 0:5

Qol: Soyers, 9-öz qapısına. Alioski, 31. Harrison, 36. Rodriqo, 40. Rafinya, 72.

Brayton – Arsenal 0:1

Qol: Lakazette, 66.

Bernli – Şeffild Yunayted 1:0

Qol: B.Mi, 32.

Mançester Yunayted – Vulverhempton 1:0
Qol: Reşford, 90+3.

28 dekabr

Kristal Pelas – Lester 1:1

Qol: Zaha, 58 – Barnes, 83.

Çelsi – Aston Villa 1:1

Qol: Jiru, 34 – El-Qazi, 50.

Everton – Mançester Siti matçı təxirə salınıb

30 dekabr

22:00 Tottenhem – Fulhem

00:00 Nyukasl – Liverpul

Bütün xəbərlər Facebook səhifəmizdə