Vilfred Zaha İtaliyaya köçə bilər

Vilfred Zaha İtaliyaya köçə bilər

İngiltərənin “Kristal Pelas” klubunun hücumçusu Vilfred Zaha ilk dəfə bu ölkədən kənarda çıxış edə bilər.

SİA-nın məlumatına görə, 28 yaşlı forvardın İtaliyaya köçmək variantı yaranıb.

Çünki “Milan” Fil Dişi Sahili millisinin üzvünün transferində maraqlıdır. Əsas qolçu Zlatan İbrahimoviçin yaşının çox olmasını və zədələnməsini nəzərə alan “rossonyerlər” yanvarda Sahanı heyətinə cəlb etmək niyyətindədir. Futbolçu həmçinin PSJ və Dortmund “Borussiya”sının gündəmindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə