“Atletiko” polşalı hücumçu ilə maraqlanır

“Atletiko” polşalı hücumçu ilə maraqlanır

İtaliyanın “Napoli” klubunun futbolçusu Arkadiuş Milik daha bir komandanın transfer hədəfinə çevrilib.

SİA-nın məlumatına görə, İspaniya “Atletiko”su polşalı hücumçunu heyətində görmək istəyir.

Madridlilər forvardın keçidini qış transfer dövründə gerçəkləşdirmək fikrindədir. Polşa millisinin üzvü hücum xəttində Dieqo Kostanı əvəz etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə