İsko Alarkon seçimini etdi

İspaniyanın “Real” klubunun futbolçusu İsko Alarkon gələcək karyerası ilə bağlı seçimini edib.

SİA-nın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Sevilya”ya keçməyə qərar verib.

İsko Xulen Lopeteqinin rəhbərliyi altında oynamaq niyyətindədir. “Real” da futbolçusunu yayda buraxmağa hazırdır. Amma madridlilər bu transferdən 15-20 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, cari mövsümdə 13 matçda meydana çıxan yarımmüdafiəçi 1 qol vurub. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə