İranlı futbolçu “Neftçi”dən gedə bilər

İranlı futbolçu “Neftçi”dən gedə bilər

“Neftçi” klubunu daha bir legioner futbolçu tərk edə bilər.
SİA-nın xəbərinə görə, söhbət iranlı yarımmüdafiəçi Saman Nərimancahandan gedir. Baş məşqçi Samir Abbasov yarımmüdafiəçinin oyunundan razı deyil və onun göndərilməsini rəhbərlikdən tələb edib. Bu ilin əvvəlindən “Neftçi”yə cəlb olunan Saman Nərimancahan "Maşinsazi, "Naft Tehran”, "Gostareş Fulad” (2012-2018), "Traktor”, "Persepolis” (2017) və "Peykan" (2018-2019) klublarında çıxış edib. İran çempionatının qalibi (2017) olmuş futbolçu ölkənin U-23 milli komandasında 6 oyun keçirib, 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə