Baş məşqçi ilin adamı seçildi

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans-Diter Flik növbəti mükafatını qazanıb. SİA-nın məlumatına görə, 55 yaşlı mütəxəssis “Kicker” nəşri tərəfindən İlin adamı seçilib.

O, idman sahəsində fərqlənənlər üçün təsis edilən mükafata Münhen təmsilçisindəki uğurlarına əsasən yiyələnib. Flikin yetirmələri 2020-ci ildə 5 titula, o cümlədən Çempionlar Liqası və Bundesliqanın qalibi adına sahib çıxıb.

Qeyd edək ki, bir il əvvəl mükafata İngiltərə “Liverpul”u çalışdıran Yurgen Klopp yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə