"Global Awards" 2001-2020-ci il üçün 20 illiyin ən yaxşılarını seçib.
Saytda keçirilən sorğu, əsasən son 20 ilin ən yaxşı futbolçusu portuqaliyalı ulduz Kriştianu Ronaldu 38 faiz səs toplayıb, onun əzəli rəqibi "Barselona"nın lideri Lionel Messi ondan 14 faiz az səs toplayıb, ilk "üçlük"də "Liverpul"un misirli futbolçusu Məhəmməd Salah da yer alıb.
Ən yaxşı məşqçi sorğusunda Pep Qvardiola, Alex Ferqyusonu, Zinəddin Zidanı və Joze Mourinyonu qabaqlayaraq 1-ci yerdə qərarlaşıb.
Ən yaxşı futbol klubu isə Madrid "Real"ı seçilib, gözlənilmədən 2-ci yerdə "Barselona" və "Bavariya"nı qabaqlayaraq Misirin "Əl-Əhli" klubu qərarlaşıb.
Ən yaxşı futbol agenti adına isə Jorge Mendeş layiq görülüb. O, böyük səs fərqi ilə Mino Rayola və Giovanni Brançinini qabaqlayıb.
İlkin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB