Teymur Rəcəbov sonuncu turlarda yarışacaq

Teymur Rəcəbov sonuncu turlarda yarışacaq

Rapid üzrə “Champion Chess Tour” çərçivəsində onlayn təşkil edilən “Airthings Masters” turnirinin seçmə mərhələsində sonuncu turun oyunları keçiriləcək.

SİA-nın məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün daha üç görüşdə iştirak edəcək. Belə ki, şahmatçımız əvvəlcə amerikalı Uesli So, sonra Fransa təmsilçisi Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. Seçmə mərhələnin son oyununu isə T.Rəcəbov hindistanlı rəqibi Harikrişna Pentala ilə keçirəcək.

Qeyd edək ki, şahmatçımız seçmə mərhələsi çərçivəsində keçirdiyi 7 turun oyunlarına görə 4,5 xalla liderlər qrupunda yer alır. İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparır. Bu gün 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə