Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisinin adı açıqlanıb

Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisinin adı açıqlanıb

Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisi açıqlanıb.

SİA Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər komanda Kristian Qrossa tapşırılıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

66 yaşlı mütəxəssis bundan əvvəl "Ştutqart" və "Tottenhem" kimi klubları çalışdırıb.

Qeyd edək ki, Qross bu ilin sentyabr ayından indiyədək "Şalke"yə təyin edilən 4-cü baş məşqçidir.

Hazırda 4 xalla autsayder olan Gelzenkirxen təmsilçisini artıq 29 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax “Borussiya”sını udub – 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə