PSJ-nin yeni baş məşqçisi əsas şərtini bildirib

PSJ-nin yeni baş məşqçisi əsas şərtini bildirib

Fransanın PSJ komandasında baş məşqçi postuna əsas namizəd olan Maurisio Poçettino klub rəhbərliyinə başlıca şərtini açıqlayıb. SİA-nın "Le Parisien" nəşrinə istinadən məlumatına görə, 48 yaşlı argentinalı mütəxəssis İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messini komandada görmək istədiyini bildirib.

Qeyd edək ki, PSJ-nin baş məşqçisi Tomas Tuxel vidalaşacağı və bu posta Maurisio Poçettinonun gətiriləcəyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə