“Neftçi” klubu qış fasiləsində ilk ayrılığı açıqlayıb.
SİA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Prins İbara yola salınıb.
Konqo millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. “Ağ-qaralar” onu mövsümün əvvəlində Belçikanın “Beerşot” klubundan birillik icarəyə götürmüşdü. Lakin rəhbərlik sözləşmə müddətinin bitməsini gözləməyib.
Qeyd edək ki, Prins İbara “Neftçi”nin heyətində 8 oyunda meydana çıxıb, 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB