“Milan”ın futbolçusu karyerasını İspaniyada davam etdirə bilər

“Milan”ın futbolçusu karyerasını İspaniyada davam etdirə bilər

“Milan”ın futbolçusu Samuel Kastilleyu karyerasını İspaniyada davam etdirə bilər.

SİA xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Atletiko”, “Sevilya” və “Valensiya” yaxından maraqlanır. Oyunçunun “Vilyarreal”a qayıdacağı da istisna edilmir.

“Milan” isə öz növbəsində, Kastilleyunun başqa kluba transferinə müsbət baxır. İtaliya təmsilçisi onu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, futbolçu bu mövsüm 10 oyuna çıxıb və 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə