İlin ən çox qol vuran futbolçusu açıqlandı UEFA

İlin ən çox qol vuran futbolçusu açıqlandı UEFA

UEFA turnirlərində 2020-ci ilin ən çox qol vuran futbolçusu bəlli olub. SİA-nın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, İtaliyanın "İnter" klubunun hücumçusu Romelu Lukaku bütün oyunçuları qabaqlayıb.

27 yaşlı forvard il ərzində UEFA turnirlərində 16 qola imza atıb. Lukaku bunlardan 7-ni Avropa Liqasında, 4-nü Çempionlar Liqasında, 5-ni isə Belçika yığmasının heyətində Millətlər Liqasında vurub.

Qeyd edək ki, Romelu Lukaku 2019-cu ildən "İnter"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə