“Mançester Yunayted” hücumçusu ilə müqaviləni təzələyir

“Mançester Yunayted” hücumçusu ilə müqaviləni təzələyir

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Meyson Qrinvudla yeni müqavilə imzalayacaq.

SİA-nın məlumatına görə, klub rəhbərliyi 19 yaşlı hücumçunun komandada qalmasını istəyir.

Forvardla anlaşma 2023-cü ilin yayında başa çatacaq. Mançesterlilər bu müddəti daha da artırmaq niyyətindədir.

İngiltərəli hücumçu cari mövsüm Premyer Liqada 9 oyun keçirib. Onun hesabında 1 qol var.

Bütün xəbərlər Facebook səhifəmizdə