İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo İtaliyanı tərk edib. SİA-nın məlumatına görə, futbolçu Milad bayramını qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Turin klubunun rəhbərliyi 35 yaşlı qolçunun Dubaya yollanmasına icazə verib. Onun dekabrın 28-də İtaliyaya dönməsi gözlənilir. Lakin portuqaliyalı qayıtdıqdan sonra karantinə alınacaq.
Qeyd edək ki, Kriştianu Ronaldo 12 qolla A seriyasında bombardirlər yarışına başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB