PSJ Tuxel ilə yollarını ayırıb

Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxeli istefaya göndərib. SİA-nın məlumatına görə, bu iddia ilə “L’Equipe” nəşri çıxış edib.

Bildirilib ki, parislilər almaniyalı mütəxəssisin mövsümün sonuna qədər olan müqaviləsinə xitam verib. Rəhbərlik Liqa1-in XVII turunda “Strasbur”la dünənki görüşdən (4:0) sonra Tuxelə bu barədə məlumat verib.

Qeyd edək ki, 2018-ci ildən PSJ-yə rəhbərlik edən Tomas Tuxel komandanı 2 dəfə ölkə çempionu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə