WBA, İBF, WBO və İBO versiyası üzrə ağır çəkidə dünya çempionu Entoni Joşuanın yeni rəqibi məlum olub. SİA-nın məlumatına görə, britaniyalı boksçu WBC versiyası üzrə dünya çempionu Tayson Fyuri ilə qarşılaşacaq. Artıq tərəflər döyüşlə bağlı razılığa gəliblər.
Britaniya mətbuatının məlumatına görə, tərəflər 2021-ci ildə 2 dəfə üz-üzə gələcəklər. Yəni, ilk görüşdə məğlub olan revanş döyüşü təşkil etmək hüququna malik olacaq. İlkin ehtimala görə, ilk görüş may və ya iyun aylarında keçiriləcək. Döyüşü təşkil edəcək məşhur promouter Eddi Hirn hazırda müəyyən detalları həll etməklə məşğuldur. Görüşün harada keçiriləcəyi və onun hansı telekanal vasitəsilə yayımlanacağı məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB