Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarının baş məşqçilərinin başa çatmaqda olan müqavilələrinin müddəti qarşılıqlı razılıqə əsasında uzadılıb.
SİA-nın məlumatına görə, Aqil Nəbiyev U-16, Miloş Velebit U-17, Elxan Abdullayev U-18, Samir Əliyev U-19, Milan Obradoviç isə U-21 komandasındakı işlərini davam etdirəcəklər. Müqavilələrin müddəti seçmə mərhələni əhatə edəcək.
Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin az öncə başa çatan iclasında qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB