“Tottenhem” və “Mançester Yunayted” də İngiltərə liqa kubokunun yarımfinalında
Futbol üzrə İngiltərə liqa kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Öncə “Brentford” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.
Günün digər matçında “Mançester Siti” “Arsenal”ı səfərdə böyük hesabla məğlub etməklə növbəti mərhələyə yüksəlib.
İkinci oyun günündə “Tottenhem” səfərdə “Stok Siti”ylə qarşılaşmada inamlı qələbəyə sevinib. “Mançester Yunayted” də “Everton”la qarşılaşmada inamlı qələbə sayəsində mərhələ adlayıb.
İngiltərə liqa kuboku
1/4 final
23 dekabr
Stok Siti – Tottenhem 1:3
Qol: Tompson, 53 – Beyl, 22. Deyvis, 70. Keyn, 81.
Everton – Mançester Yunayted 0:2
Qol: Kavani, 88. Marsyal, 90+6.
22 dekabr
Brentford – Nyukasl 1:0
Qol: Dasilva, 66.
Arsenal – Mançester Siti 1:4
Qol: Lakazette, 31 – Q.Jesus, 3. Mahrez, 54. Foden, 59. Laporte, 73.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB