“İnter” “Verona” ilə matçdan, lider “Milan” isə “Latsio” ilə qarşılaşmadan qalib ayrılıb

“İnter” “Verona” ilə matçdan, lider “Milan” isə “Latsio” ilə qarşılaşmadan qalib ayrılıb

Futbol üzrə İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Napoli” bu turda “Torino”nu qəbul edib və xal itkisi ilə üzləşib.

“İnter” “Verona” ilə səfər oyunundan qalib ayrılıbsa, lider “Milan” da “Latsio” ilə qarşılaşmada çətin qələbəyə sevinib.

İtaliya A Seriyası

14-cü tur

23 dekabr

Verona – İnter 1:2

Qol: İliç, 63 – L.Martines, 52. Şkrinyar, 69.

Udineze – Benevento 0:2

Qol: Kaprari, 9. Letisia, 77.

Spetsiya – Cenoa 1:2

Qol: Nzola, 10 – Destro, 16. Krişito, 73-pen.

Sampdoriya – Sassuolo 2:3

Qol: Kvalyarella, 55. Keyta, 84 – Traore, 2. Kaputo, 56. Berardi, 58.

Roma – Kalyari 3:2

Qol: Veretu, 11. Dzeko, 71. Mançini, 77 – J.Pedro, 59; 90-pen.

Napoli – Torino 1:1

Qol: İnsinye, 90 – İzzo, 56.

Milan – Latsio 3:2

Qol: Rebiç, 10. H.Çalhanoğlu, 17-pen. T.Hernandes, 90+2 – L.Alberto, 28. İmmobile, 59.

Bolonya – Atalanta 2:2

Qol: Tomiyasu, 73. Paz, 82 – L.Muriel, 22-pen; 23.

22 dekabr

Krotone – Parma 2:1

Qol: Messias, 24; 44 – Kuçka, 57.

Yuventus – Fiorentina 0:3

Qol: Vlahoviç, 3. A.Sandro, 76-öz qapısına. Kaseres, 81.

Bütün xəbərlər Facebook səhifəmizdə