Millimizin və "Sabah"ın müdafiəçisi Aimaniyada əməliyyat olunub

Millimizin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.

SİA klubun saytına istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçunun özünü yaxşı hiss etdiyi bildirilib.

Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə