Ümumdünya Xüsusi Olimpiya Qış Oyunlarının sınaq yarışları keçiriləcək

Ümumdünya Xüsusi Olimpiya Qış Oyunlarının sınaq yarışları keçiriləcək

Ümumdünya Xüsusi Olimpiya Qış Oyunları ərəfəsində sınaq yarışları gələn ilin fevralında Kazanda keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Qeyd edək ki, Xüsusi Olimpiadanın açılış və bağlanış mərasimləri “Tatneft-Arena” Buz İdman Sarayında keçiriləcək.

2022-ci il yanvarın 22-28-də Kazanda təşkil olunacaq Oyunlarda 108 ölkədən 2 min idmançının iştirak edəcəyi gözlənilir. Azərbaycan komandası “Kazan-2022”də florbol yarışlarında mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə