Dekabrın 24-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
SİA-nın məlumatına görə, saat 11:00-da başlayacaq iclasın gündəliyində 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi, müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması və növbəti konfransın tarixinin müəyyənləşdirilməsi və digər məsələlər yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB