Formula E yarışının birinci mərhələsi təxirə düşüb

Formula E yarışının birinci mərhələsi təxirə düşüb

Formula E yarışının birinci mərhələsi təxirə salınıb.

SİA-nın məlumatına görə, gələn il yanvarın 16-17-də Çilinin paytaxtı Santyaqoda keçirilməsi nəzərdə tutulan yarış koronavirus pandemiyasına görə təşkil olunmayacaq.

Formula E komandalarının əksəriyyəti Böyük Britaniyada yer alır və bu ölkədə epidemioloji vəziyyətin ürəkaçan olmadığı üçün Çili hökuməti Avropa dövlətləri ilə aviareysləri dayandırıb.

Yarışın yeni tarixi barədə qərar Çili hökuməti və Formula E rəhbərliyi arasında aparılacaq danışıqlardan sonra veriləcək.

Formula E-nin yeni mövsümünə fevralın 26-da Səudiyyə Ərəbistanında start verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə