İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi İspaniya çempionatında “Valyadolid”ə qarşı matçın ikinci hissəsində fərqlənməklə yeni rekord müəyyən edib.
SİA-nın məlumatına görə, bununla da 33 yaşlı argentinalı futbolçu Kataloniya təmsilçisinin heyətində vurduğu qolların sayını 644-ə çatdırıb. Nəticədə Messi bir klubda vurduğu qolların sayına görə braziliyalı Pelenin rekordunu yeniləyib. Pele Braziliyanın “Santos” komandasının heyətində 643 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB