“Atletiko” ən yaxın izləyicisini məğlub edib, "Barselona" da qələbə qazanıb

“Atletiko” ən yaxın izləyicisini məğlub edib, "Barselona" da qələbə qazanıb

Futbol üzrə İspaniya La Liqasında 15-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.

Açılış matçında “Valensiya” doğma meydanda “Sevilya”nı qəbul edib və minimal hesabla uduzub.

Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan “Atletiko” bu tur çərçivəsində ən yaxın izləyicisi “Real Sosyedad”ın qonağı olub. Madrid təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

“Barselona” səfərdə “Valyadolid”lə görüşüb və darmadağına imza atıb.

İspaniya La Liqası

15-ci tur

22 dekabr

Valensiya – Sevilya 0:1

Qol: Suso, 81.

Elçe – Osasuna 2:2

Qol: Fidel, 46. Karrilyo, 78 – R.Qarsiya, 10. Brasanaç, 64.

Real Sosyedad – Atletiko 0:2

Qol: Hermoso, 49. Lyorente, 74.

Hueska – Levante 1:1

Qol: Ontiveros, 31-pen – Melero, 53.

Vilyarreal – Atletik 1:1

Qol: Pino, 75 – Uilyams, 19.

Valyadolid – Barselona 0:3

Qol: Lanqle, 21. Breytveyt, 35. Messi, 65.

23 dekabr

20:30 Xetafe – Selta

22:45 Real – Qranada

01:00 Betis – Kadis

01:00 Alaves – Eybar

Bütün xəbərlər Facebook səhifəmizdə