“Arsenal” kubokda da mübarizəni dayandırıb

“Arsenal” kubokda da mübarizəni dayandırıb

Futbol üzrə İngiltərə liqa kubokunda 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Öncə “Brentford” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.

Günün digər matçında “Mançester Siti” “Arsenal”ı səfərdə böyük hesabla məğlub etməklə növbəti mərhələyə yüksəlib.

İkinci oyun günündə “Tottenhem” səfərdə “Stok Siti”ylə, “Mançester Yunayted” isə “Everton”la qarşılaşacaq.

İngiltərə liqa kuboku

1/4 final

22 dekabr

Brentford – Nyukasl 1:0

Qol: Dasilva, 66.

Arsenal – Mançester Siti 1:4

Qol: Lakazette, 31 – Q.Jesus, 3. Mahrez, 54. Foden, 59. Laporte, 73.

23 dekabr

21:30. Stok Siti – Tottenhem

00:00. Everton – Mançester Yunayted

Bütün xəbərlər Facebook səhifəmizdə