“İnter” oyunçusunu dəyişməyə hazırlaşır

“İnter” oyunçusunu dəyişməyə hazırlaşır

İtaliyanın “İnter” klubu Markos Alonsonu heyətinə qatmaq niyyətindədir.

SİA-nın məlumatına görə, Milan təmsilçisi İngiltərə “Çelsi”sinin oyunçusu üçün futbolçusu İvan Perişiçi verməyə hazırdır.

Bu dəyişikliyin təşəbbüskarı A seriyası təmsilçisinin baş məşqçisi Antonio Kontedir. “Çelsi”də çalışdığı vaxtdan müdafiəçiyə bələd olan mütəxəssis onu sərəncamında görmək istəyir.

Qeyd edək ki, cari mövsümdə Perişiç 18 oyunda 2 qol vurub, Alonso isə cəmi 3 dəfə meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə