"Barselona" transfer hədəflərini açıqladı

"Barselona" transfer hədəflərini açıqladı

İspaniyanın "Barselona" klubunun qış transfer dönəmindəki əsas hədəfləri bəlli olub.

SİA-nın məlumatına görə, Kataloniya təmsilçisi Fransa "Lion"undan Memfis Depay və İngiltərə "Mançester Siti"sindən Erik Qarsiyanı heyətinə cəlb etmək niyyətindədir.

Klub bəzi zədəli oyunçulara görə xeyli zəifləyən heyəti bu iki futbolçu sayəsində gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Memfis Depayın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. Qarsiya isə "Barselona"nın yetirməsidir və 2016-cı ildə 1,7 milyon avro qarşılığında İngiltərə təmsilçisinə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə