Araz Abdullayevin oynamadığı matçda “Boluspor" minimal hesabla məğlub olub
Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu turda səfərdə “Samsunspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, hazırda 13 xalı olan “Boluspor” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB