XII turun bütün oyunlarına start veriləcək Azərbaycan Premyer Liqası

XII turun bütün oyunlarına start veriləcək Azərbaycan Premyer Liqası

“Qəbələ” – “Qarabağ”: Heyətlər açıqlandı - YENİLƏNİR

Azərbaycan Premyer Liqasında 19 günlük fasilə başa çatır.

SİA-nın məlumatına görə, koronavirus pandemiyasına yoluxmalar səbəbindən təxirə salınan XII turun bütün oyunları bu gün keçiriləcək.

Açılış matçı Qəbələdə olacaq. Lider “Qarabağ” ilk dövrədə məğlub etdiyi “Qəbələ”nin qonağı olacaq. Üç aydır Premyer Liqada uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirmək niyyətindədir.

Download video

Autsayder “Səbail” ondan cəmi 3 xal öndə olan “Keşlə” ilə üz-üzə gələcək. Hər iki komanda meydana baş məşqçisiz çıxacaq. Çünki Yunis Hüseynov və onun “Səbail”dəki həmkarı Aftandil Hacıyev koronavirusa yoluxub.

“Qarabağ”la eyni sayda xal toplayan “Zirə” “Sumqayıt”ı qəbul edəcək. 5 oyundur məğlubiyyət üzü görməyən Rəşad Sadıqovun kollektivindən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi son 3 matçda xalsız qalıb. Heyətlə bağlı problemləri də nərəzə alsaq, bakılılar qələbəyə daha yaxın görünür.

Tura “Bank Respublika Arena”da yekun vurulacaq. Liderlər qrupunda qərarlaşan “Neftçi” autsayderlər zonasında yer alan “Sabah”ın qonağı olacaq. Ən azı liderlərdən uzaqlaşmaq istəməyən “ağ-qaralar” səfərdən 3 xalla dönməyə məhkumdur. Qəsəbə təmsilçisi isə turnir cədvəlində irəliləmək üçün qalib gəlməlidir.

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” və “Sabah” – “Neftçi” oyunları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XII tur
20 dekabr
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 14. Cavid Hüseynov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Donald Gerye, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

16:00. “Keşlə” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:15. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə