Lion “Olimpik”indən bol qollu səfər qələbəsi, "Lans" məğlub olub

Lion “Olimpik”indən bol qollu səfər qələbəsi, "Lans" məğlub olub

Futbol üzrə Fransa çempionatında 16-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Turun açılış matçında “Mets” “Lans”la qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Marsel “Olimpik”i bu dəfə “Reyms”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

Lion “Olimpik”i isə “Nitsa” ilə səfər oyununda 4 qolla qalib gəlib.

Fransa Liqa 1

16-cı tur

19 dekabr

Mets – Lans 2:0

Qol: Nquette, 30. Bulaya, 90+3.

Olimpik (Marsel) – Reyms 1:1

Qol: Toven, 45 – Naqatomo, 21-öz qapısına.

Nitsa – Olimpik (Lion) 1:4

Qol: Quiri, 44 – Depay, 32-pen. Kadevere, 39. Ekambi, 63. Auar, 73.

20 dekabr

16:00 Brest – Monpelye

18:00 Dijon – Monako

18:00 Nant – Anje

18:00 Strasburq – Bordo

18:00 Sent-Etyen – Nim

20:00 Loryan – Renn

00:00 Lill – PSJ

Bütün xəbərlər Facebook səhifəmizdə