Futbol üzrə İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir.
SİA xəbər verir ki, bu gün daha beş görüş baş tutub.
Lider “Atletiko” bu tur çərçivəsində “Elçe”ni qəbul edib və inamlı qələbəyə sevinib. “Real Sosyedad” səfərdə “Levante”yə uduzubsa, “Vilyarreal” “Osasuna”ya qalib gəlib.
Turun mərkəzi görüşündə “Barselona” “Valensiya”nın müqavimətini qırmağa çalışsa da, dörd qolun qeydə alındığı matç bərabərliklə yekunlaşıb. “Sevilya” – “Valyadolid” matçında da qalib müəyyənləşməyib.
İspaniya La Liqası
14-cü tur
19 dekabr
Atletiko – Elçe 3:1
Qol: L.Suares, 41; 58. D.Kosta, 80-pen – Boye, 64.
Barselona – Valensiya 2:2
Qol: Messi, 45+4. Arauxo, 52 – Diaxabi, 29. M.Qomes, 69.
Osasuna – Vilyarreal 1:3
Qol: R.Torres, 70-pen – Moreno, 7; 86. Nino, 29.
Levante – Real Sosyedad 2:1
Qol: Rocer, 28. De Frutos, 87 – İsak, 22.
Sevilya – Valyadolid 1:1
Qol: Okampos, 31-pen – R.Qarsiya, 87.
18 dekabr
Atletik – Hueska 2:0
Qol: Kodro, 86-pen. Nunes, 90+2.
20 dekabr
17:00 Selta – Alaves
19:15 Betis – Qranada
21:30 Kadis – Xetafe
00:00 Eybar – Real
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB