"Arsenal" "Everton"a da uduzdu, “Mançester Siti”dən səfər qələbəsi

"Arsenal" "Everton"a da uduzdu, “Mançester Siti”dən səfər qələbəsi

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Turun açılış matçında lider “Liverpul” səfərdə “Kristal Pelas”la qarşılaşıb və 7 cavabsız qola sevinib. “Mançester Siti” bu turda “Sauthempton”un qonağı olub və minimal hesabla qalib gəlib.

Son turlarda uğursuz çıxış edən “Arsenal” bu dəfə çətin “Everton” səfərinə yollanıb. London təmsilçisi bu oyundan da məğlub ayrılıb. “Nyukasl” – “Fulhem” matçında isə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası

14-cü tur

19 dekabr

Kristal Pelas – Liverpul 0:7

Qol: Minamino, 3. Mane, 35. Firmino, 44; 68. C.Henderson, 52. Salah, 81; 84.

Sauthempton – Mançester Siti 0:1

Qol: Sterlinq, 16.

Everton – Arsenal 2:1

Qol: Holdinq, 22-öz qapısına. Mina, 45 – Pepe, 35-pen..

Nyukasl – Fulhem 1:1

Qol: Uilson, 64-pen – Ritçi, 42-öz qapısına.

20 dekabr

16:00 Brayton – Şeffild Yunayted

18:15 Tottenhem – Lester

20:30 Mançester Yunayted – Lids

23:15 Vest Bromviç – Aston Villa

21 dekabr

21:30 Bernli – Vulverhempton

00:00 Çelsi – Vest Hem

Bütün xəbərlər Facebook səhifəmizdə