"Bavariya" Levandovskinin qolları ilə lideri devirdi - Almaniya Bundesliqası
Futbol üzrə Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
“Leyptsiq” bu turda “Köln”lə qarşılaşıb və doğma meydanda xal itirib. “Hoffenhaym” Münhenqladbax “Borussiya”sı ilə səfər matçından qalib ayrılıb. Cari mövsümdə qələbəyə həsrət qalan “Şalke” bu dəfə “Arminiya” ilə ev oyununda məğlubiyyətə üzülüb. “Maynts” evdə “Verder”ə, “Auqsburq” “Ayntraxt”a məğlub olub.
Turun mərkəzi görüşündə lider “Bayer” ən yaxın izləyicisi “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinməklə zirvəyə yüksəlib.
Almaniya Bundesliqası
13-cü tur
19 dekabr
Şalke – Arminiya 0:1
Qol: Klos, 53.
Leyptsiq – Köln 0:0
Maynts – Verder 0:1
Qol: Dinkci, 90.
Borussiya (Münhenqladbax) – Hoffenhaym 1:2
Qol: Ştindl, 34-pen – Kramariç, 75. Sessenyon, 86.
Auqsburq – Ayntraxt 0:2
Qol: Framberger, 53-öz qapısına. İlsanker, 87.
Bayer – Bavariya 1:2
Qol: Şik, 14 – Levandovski, 43; 90+3.
18 dekabr
Union – Borussiya (Dortmund) 2:1
Qol: Avoniyi, 57. Fridrix, 78 – Mukoko, 60.
20 dekabr
18:30 Frayburq – Herta
21:00 Volfsburq – Ştutqart
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB