Azərbaycan şahmatçıları dünya çempionatının finalında

Azərbaycan şahmatçıları dünya çempionatının finalında

Dekabrın 19-da rapid üzrə yeniyetmələr arasında dünya çempionatının final mərhələsi start götürəcək.

SİA-nın məlumatına görə, yarışda qızlar arasında Azərbaycanı iki şahmatçı təmsil edəcək. Belə ki, 10 yaşlıların turnirində Səadət Bəşirli, 16 yaşlı şahmatçılar arasında isə Ayan Allahverdiyeva medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, şahmatçılarımız dünya çempionatının noyabrın 27-də start götürmüş seçmə mərhələsində finala vəsiqə qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə