"Neftçi"də koronavirusa yeni yoluxma

"Neftçi"də koronavirusa yeni yoluxma

"Neftçi"də koronavirus testlərinin nəticəsi bəlli olub. Komandada yeni yoluxma aşkarlanıb.

SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev bildirib.

Onun sözlərinə görə, braziliyalı müdafiəçi Rener Alvesin analizinin cavabı müsbət çıxıb. Futbolçu dərhal karantinə alınıb.

Əvəzində isə qapıçı Kamran İbrahimov xəstəlikdən sağalıb.

Qeyd edək ki, "Neftçi"də hazırda Alvesdən başqa, Stiven Monroz və Bruno Teluşi də aktiv xəstədir.

Bütün xəbərlər Facebook səhifəmizdə