"Milan”ın futbolçusu Zlatan İbrahimoviç bu ilin sonuna kimi meydana çıxmayacaq
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç bu il oyun keçirməyəcək.
SİA "Sky Sports"a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu zədəsini tam sağaltmaq üçün fərdi məşqlərini davam etdirir. Lakin isveçli oyunçunun hələ də komandaya qoşulmadığı və buna görə də növbəti ilədək matçlara çıxmayacağı bildirilib.
Qeyd edək ki, "Milan" A seriyasında dekabrın 20-si "Sassuolo" ilə, dekabrın 23-də isə "Latsio" lə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB