“Qalatasaray” debütanta uduzmaqla liderlik şansını əldən verib

“Qalatasaray” debütanta uduzmaqla liderlik şansını əldən verib

Türkiyə Super Liqasında XIII tura start verilib.

SİA-nın məlumatına görə, açılış matçında “Qalatasaray” debütant “Fatih Karagümrük”ün qonağı olub. Super Liqada son 6 oyunun 5-də qələbə qazanan və 1-də heç-heçə edən Fatih Terimin yetirmələri qalibiyyət təqdirində liderliyə şərik olacaqdı.

Lakin meydanı məğlub tərk edən “sarı-qırmızılılar”ın həm uğurlu seriyası qırılıb, həm də zirvəyə yüksəlmək şansı əldən çıxıb. Son dəqiqələri dramatik keçən görüşdə qələbə qazanan “Fatih Karagümrük” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Turun digər oyunları dekabrın 19-21-də keçiriləcək.

Türkiyə Super Liqası
XIII tur
18 dekabr
“Fatih Karagümrük” – “Qalatasaray” – 2:1
Ndao, 46, Mevlüt Ərdinç, 90+10 – Dian, 90+5 (pen.)

Bütün xəbərlər Facebook səhifəmizdə