“Liverpul” “Tottenhem”ə qalib gəlib, "Arsenal" heç-heçə oynayıb

“Liverpul” “Tottenhem”ə qalib gəlib, "Arsenal" heç-heçə oynayıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha altı qarşılaşma baş tutub.

Mövsümə uğursuz start verən “Arsenal” doğma meydanda “Sauthempton”la qarşılaşıb və yenə qələbəyə həsrət qalıb.

Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Son çempion “Liverpul” doğma meydanda lider “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç “qırmızılar”ın qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası

13-cü tur

16 dekabr

Arsenal – Sauthempton 1:1

Qol: Obameyanq, 52 – Uolkott, 18.

Lester – Everton 0:2

Qol: Riçarlison, 21. Holqeyt, 72.

Lids – Nyukasl 5:2

Qol: Bemford, 35. Rodriqo, 61. Dallas, 77. Alioski, 85. Harrison, 88 – Hendrik, 26. Klark, 65.

Liverpul – Tottenhem 2:1

Qol: Salah, 26. Firmino, 90 – Son, 33.

Vest Hem – Kristal Pelas 1:1

Qol: Haller, 55 – Benteke, 34.

Fulhem – Brayton 0:0

15 dekabr

Vulverhempton – Çelsi 2:1

Qol: Podense, 66. Neto, 90+5 – Jiru, 49.

Mançester Siti – Vest Bromviç 1:1

Qol: İ.Gündoğan, 30 – R.Dias, 43-öz qapısına.

17 dekabr

22:00 Aston Villa – Bernli

00:00 Şeffild Yunayted – Mançester Yunayted

Bütün xəbərlər Facebook səhifəmizdə