“Milan” və “Yuventus” büdrəyib, mərkəzi oyunda “İnter” qalib gəlib

“Milan” və “Yuventus” büdrəyib, mərkəzi oyunda “İnter” qalib gəlib

Futbol üzrə İtaliya A Seriyasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.

Lider “Milan” “Cenoa” səfərinə yollanıb və xal itkisi ilə üzləşib. Son çempion “Yuventus” da doğma meydanda “Atalanta” ilə oyundan xal itkisi ilə ayrılıb.

Turun mərkəzi görüşü Milanda keçirilib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “İnter” ən yaxın izləyicisi “Napoli”ni qəbul edib. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

“Parma” – “Kalyari”, “Spetsiya” – “Bolonya” və “Fiorentina” – “Sassuolo” oyunlarında qalib müəyyənləşməyib. “Verona” isə evdə “Sampdoriya”ya uduzub.

İtaliya A Seriyası

12-ci tur

16 dekabr

Yuventus – Atalanta 1:1

Qol: Kyeza, 29 – Freuler, 57.

Verona – Sampdoriya 1:2

Qol: Zakkayni, 70-pen – Ekdal, 41. Verre, 54.

Spetsiya – Bolonya 2:2

Qol: Nzola, 19; 63 – Dominqes, 72. Barrou, 90+2.

Parma – Kalyari 0:0

İnter – Napoli 1:0

Qol: Lukaku, 71-pen.

Cenoa – Milan 2:2

Qol: Destro, 47; 60 – Kalabria, 52. Kyatenqva, 83.

Fiorentina – Sassuolo 1:1

Qol: Vlahoviç, 35-pen – Traore, 13.

15 dekabr

Udineze – Krotone 0:0

Benevento – Latsio 1:1

Qol: Şyattarella, 45 – İmmobile, 25.

17 dekabr

23:45 Roma – Torino

Bütün xəbərlər Facebook səhifəmizdə