“Fottball Transfers” xəbər verir ki, PSJ öz klub mağazasının əməkdaşlarını “Barselona”nın kapitanı Lionel Messinin komandaya keçidinə hazırlaşmaları barəsində xəbərdar edib. Mənbənin verdiyi məlumata görə, yaxınlarda Fransa təmsilçisi bu barədə rəsmi məlumat verəcək.
Yay transfer pəncərəsi zamanı, argentinalı forvard Kataloniya təmsilçisini tərk etmək istədiyini dilə gətirmişdi. Onda klub rəhbərliyi ilə futbolçu razılığa gələ bilməmişdi. Ehtimal olunur ki, mövsüm sonu müqaviləsi başa çatacaq Messi komandanı tərk edəcək.
Qeyd edək ki, futbolçu artıq yanvar ayından başqa komandalarla danışıq aparmaq hüququna yiyələnəcək.
Xatırlaqdaq ki, Messinin yaxın dostu, PSJ hücumçusu Neymar bu yaxınlarda növbəti mövsümdən Lionel ilə bir komandada oynayacaqlarını deyib. “Barselona”nın hücumçusu isə, öz növbəsində, “Yuventus” ilə oyundan sonra azarkeşlərin onun, növbəti mövsüm komandada qalmaq şansının olub-olmadığını soruşanda, Messi başını bulayaraq heç bir şansın olmadığını qeyd etmişdi.
İlkin Abbasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB