Kriptovalyutalar futbol bazarını necə ələ keçirir? - ARAŞDIRMA

Kriptovalyutalar futbol bazarını necə ələ keçirir? - ARAŞDIRMA

Noyabr ayında rekord qiymətə -16 min dollara çatan bitkoinin kriptovalyuta platformasının artıq bir neçə ildir idmana, xüsusi ilə futbola yatırımları artır.

Son bir il ərzində İngiltərə Premyer Liqasının əksər klubları populyar rəqəmsal platformalarla müqavilə imzalayıblar. “CoinDeal” platforması “Vulverhempton”un sponsoru olub, “StormGain”in loqosu isə “Nyukasl” formasının üzərinə yazılır. Bu sahəyə hər kəsdən çox yatırımı “eToro” şirkəti edib. Adıçəkilən şirkət düz 6 İPL klubuna sponsorluq edir- “Aston Villa”, “Everton”, “Tottenhem”, “Kristal Pellas”, “Lester” və “Saumphempton”. Amma bu sahədə digər klublar üçün yol aşan ilk komanda London “Arsenal”ı olub. “Topçular” hələ 2018-ci ildə “CashBet Coin” platforması ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

“Van Hawke Sports” reklam şirkətinin icraçı direktoru Sanni Sinqx deyir: “İPL klublarının rəhbərləri kriptovalyutanın marketinq potensialını digərlərindən qabaq anladılar”.

Keçən mövsüm “Uotford”un idman geyimini bitkoin loqosu bəzəyirdi. Loqoya görə, kluba heç nə ödəmirdilər, onu “Sportsbet” bukmeker kontoru ilə sponsorluq müqaviləsi əsasında formanın üzərinə yerləşdirmişdilər.

Bukmeker kontorunun marketinq direktoru Castin Le Brokk deyir: “Biz yeni başlayanda kriptovalyuta cəmiyyəti bizi dəstəklədi, biz düşündük ki, onların loqosunu “Utoford”un formasının üzərinə yerləşdirməklə onlara təşəkkür etmiş olarıq, həm də borcumuzdan çıxarıq”.

Baxmayaraq ki, İPL təmsilçisi bitkoin nişanını formanın üzərinə pulsuz vurub onlar bundan gəlir götürə biləcəklər. Belə ki, hər bir bitkoin sahibi “arılar”ın stadionundan özü üçün reklam lövhəsi ala bilər və ya xüsusi VİP-kriptolojada özünə oturacaq yeri əldə edə bilər.

Bu yay Türkiyədə məskunlaşan kriptovalyuta birjası “BtcTurk” futbol üzrə Türkiyə qadın və kişi yığmalarının baş sponsoru oldu. Bu onları milli komanda ilə müqavilə imzalamış ilk kripto valyuta platformasına çevirdi.

Kriptovalyuta digər liqalarda da böyük uğur qazanmaqdadır. ABŞ-da çıxış edən “Mayami Dolfins” futbol komandası LTC platforması üzərindən ödənişləri qəbul edir, Lisabon təmsilçisi “Benfika” bitkoinlərlə suvenir satışına başlayıb, Madrid “Real”ı isə özü haqqında məlumatları yerləşdirmək üçün “Fantastec”in blokçeynindən istifadə etməyə başlayıb. Futbolçularda öz növbələrində klublardan geri qalmamağa çalışırlar. Ronaldinyo “World Soccer Coin” şirkətinin köməyi ilə öz şəxsi kripto valyutasını dövriyəyə buraxıb “Ronaldinho Soccer Coin”. Xames Rodrigesin adına olan bitkoinlər isə gizli hərracda cəmi 12 saniyəyə satılıblar.

Xüsusi ilə koronavirus səbəbindən yaranmış vəziyyətə görə, böyük pullar itirən əksər Avropanın top-klubları maliyyə itkilərini bir qədər kompensasiya etmək üçün kriptovalyuta platformaları ilə əməkdaşlıq etməkdə maraqlıdırlar.

İlkin Abbasov

Bütün xəbərlər Facebook səhifəmizdə