Almaniya Bundesliqasında 12-ci tura start verilib - 4 oyunda 3 heç-heçə

Almaniya Bundesliqasında 12-ci tura start verilib - 4 oyunda 3 heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Turun açılış matçında “Borussiya” (Münhenqladbax) səfərdə “Ayntraxt”la qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Ştutqart” – “Union Berlin” və “Herta” – “Maynts” görüşlərində də heç-heçə qeydə alınıb. Dortmund “Borussiya”sı isə səfərdə “Verder”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Almaniya Bundesliqası

12-ci tur

15 dekabr

Ayntraxt – Borussiya (Münhenqladbax) 3:3

Qol: A.Silva, 22-pen; 24. Barkok, 32 – Ştindl, 14; 90-pen; 90+5.

Ştutqart – Union Berlin 2:2

Qol: Kaladziç, 85; 90+3 – Fridrix, 4. Avoniyi, 77.

Herta – Maynts 0:0

Verder – Borussiya (Dortmund) 1:2

Qol: Mohvald, 28 – Gerrero, 12. Roys, 78.

16 dekabr

21:30 Şalke – Frayburq

23:30 Hoffenhaym – Leyptsiq

23:30 Köln – Bayer

23:30 Bavariya – Volfsburq

23:30 Arminiya – Auqsburq

Bütün xəbərlər Facebook səhifəmizdə