Avropa Liqasında 2010-2011 mövsümünə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərindəki \"Dublin Arena\"da keçirilən Portuqliya finalı - \"Portu\" - \"Braqa\" oyunu ilə Avropanın ikinci dərəcəli klub turniri başa çatıb.
Gecənin qəhrəmanı Kolumbiya yığmasının forvardı Radamel Falkao olub. Yarımfinalda \"Vilyarreal\"ı təkbaşına yenən \"Portu\"nun oyunçusu finalın da taleyini həll edib. 25 yaşlı hücumçu 44-cü dəqiqədə vurduğu qolla \"Portu\"nu tarixində ikinci dəfə Avropa Liqasının (UEFA Kuboku) çempionu edib.
İndi Avropa Liqası adlanan turnir 1955-ci ildə UEFA tərəfindən Yarmarkalar Kuboku adı altında yaradılıb. Turnir 1971-1972 mövsümündən başlayaraq UEFA Kuboku adlandırılıb. İki mövsüm əvvəl isə UEFA yarışı Avropa Liqası adlandırmağa başlayıb. 1971-1972-ci ildən UEFA Kuboku adlanan turnirin qalibi olan komandalar - \"Liverul\", \"İnter\" və \"Yuventus\" üç dəfə kuboku muzeyinə apara bilib.
Bu günə qədərki 39 kuboku 26 müxtəlif komanda qazanıb. Kubok ən çox İtaliyaya gedib - 9 dəfə. Bütün Kubokları 11 ölkənin təmsilçiləri qazanıb.
Turnirin tarixində 7-ci dəfə eyni ölkə təmsilçiləri üz-üzə gəlib. 4 dəfə İtaliya, 1 dəfə İngiltərə, Almaniya və İspaniya klubları finalda qarşılaşıb. İtaliyadan \"Yuventus\"la \"Fiorentina\", \"İnter\"lə \"Roma\", \"Parma\" ilə \"Yuventus\", \"İnter\"lə \"Latsio\", İspaniyadan \"Sevilya\" ilə \"Espanyol\", İngiltərədən \"Tottenhem\"lə \"Vulverhempton\", Almaniyadan \"Ayntraxt\"la \"Borussiya\" (Münhenqladbax) üz-üzə gəlib. Eyni ölkə təmsilçiləri 3 mövsüm sonra - 2006-2007 mövsümündən sonra ilk dəfə finalda qarşılaşıb. Həmin vaxt İspaniyanın \"Sevilya\" və \"Espanyol\" klubları həlledici oyunda münasibətlərini aydınlaşdırmışdı.
Bu \"Portu\" üçün tarixin ikinci dəfə Avropa Liqası finalı olub. 2002-2003 mövsümündə finala çıxan komanda Şotlandiyanın \"Seltik\" klubu ilə qarşılaşmış və 2:3 hesablı qələbə qazanaraq kuboku başı üzərinə qaldırmışdı. \"Portu\" həmçinin 1986-1987 və 2003-2004 mövsümlərində Çempionlar Liqasının, 1987-ci ildə Avropa Super Kubokunun, 1987 və 2004-cü illərdə Qitələrarası Kubokun qalibi olub. Tarixi ərzində 25 dəfə Portuqaliya çempionluğunu bayram edən \"Portu\" 15 dəfə ölkə kubokunu və 17 dəfə Super Kuboku qazanıb.
\"Braqa\"nın isə Avropada yeganə uğuru 2008-ci ilə təsadüf edib. Komanda həmin vaxt UEFA İntertoto Kubokunu qazanıb. 2009-2010 mövsümündə ilk və sonuncu dəfə Portuqaliya çempionu olan \"Braqa\" 1 dəfə ölkə kubokuna, 2 dəfə Super Kubokuna sahib çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB