Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Fuat Çapa koronavirusa yoluxub.
SİA xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə kollektivdən götürülmüş sonuncu COVİD-19 testləri nəticəsində Fuat Çapada koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Baş məşqçi karantinə alınıb və nəzarətə götürülüb.
Qeyd edək ki, Fuat Çapa “Kasımpaşa”ya noyabrın 28-də baş məşqçi təyin olunub. 52 yaşlı mütəxəssis daha öncə “Əskişəhərspor”, “Boluspor”, “Antalyaspor”, “Kayseri Erciyesspor” və “Gənclərbirliyi”nin də baş məşqçisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB